Azərbaycan gimnastları Portuqaliyadakı turnirə yollanıblar
1449
03 Jul 2023 | 13:07

Azərbaycan gimnastları Portuqaliyadakı turnirə yollanıblar

Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri iyulun 4-də Portuqaliyanın Santarem şəhərində start götürəcək "Scalabis Cup"da iştirak edəcəklər.
 
Moderator.az-ın məlumatına görə, Bilal Qurbanov, Elnur Məmmədov, Hüseyn Abbasov, Aleksey Karataşov, Fərhad Mustafayev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Əsədullayev yarış üçün sözügedən ölkəyə yollanıb.
 
Qeyd edək ki, beynəlxalq turnirə iyulun 6-da yekun vurulacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər