“Barselona” klubu səhmlərinin 49 faizini sata bilər
İdman
1807
17 Jun 2023 | 09:50

“Barselona” klubu səhmlərinin 49 faizini sata bilər

İspaniyanın “Barselona” klubu maliyyə problemlərini həll etmək üçün səhmlərinin 49 faizini sata bilər.

Kataloniyalılar bunun çıxış yolu olduğunu düşünürlər.

La Liqa çempionu hüquqi formanı dəyişməyi planlaşdırır. “Barselona” hazırda formal olaraq qeyri-kommersiya təşkilatıdır. Məsələ ilə bağlı bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edən prezident Joan Laporta hazırda növbəti danışıqlar üçün Qətərdədir.

Qeyd edək ki, “Barselona” maliyyə problemi ucbatından keçmiş futbolçusu Lionel Messini komandaya qaytara bilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər