Avstriyalı jurnalist:
2366
16 Jun 2023 | 19:55

Avstriyalı jurnalist: "Zaltsburq" əsas diqqətini Musa Qurbanlıya yönəldib"

Hücum xəttini gücləndirməyi planlaşdıran Avstriyanın "Zaltsburq" klubu əsas diqqətini "Qarabağ"ın futbolçusu Musa Qurbanlıya yönəldib.

Bu barədə yerli jurnalist Aleksandar Andonov özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını 21 qol və 7 məhsuldar ötürmə ilə tamamlayan forvard Bundesliqa təmsilçisinin əsas transfer hədəflərindən biridir: "Qurbanlının yaşı və qiyməti də "Zaltsburq" üçün uyğundur. Onun keçidi bir milyon avroya başa gələ bilər. "Qarabağ"ın 2026-cı ilədək müqaviləsi olan oyunçunu buraxıb-buraxmayacağı isə başqa mövzudur".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı "Zirə"də də çıxış edib.

Link kopyalandı!
Son xəbərlər