Azərbaycan Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar açıqlanıb
2860
15 Jun 2023 | 10:32

Azərbaycan Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə ən çox dəqiq ötürmə verən komandalar bəlli olub.

Siyahıya ölkə çempionu "Qarabağ" başçılıq edir.

Ağdam təmsilçisində futbolçuların ötürmələrinin 86,2 faizi dəqiq alınıb. "Zirə" (84 faiz) bu göstəriciyə görə ikinci, "Neftçi" (83,5 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (83,3 faiz), "Kəpəz" (82,4 faiz), "Sumqayıt" (82,2 faiz), "Qəbələ" (81,6), "Səbail" (79,4), "Şamaxı" (78,8) və "Turan Tovuz" (77 faiz) yer alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər