UEFA Maliyyə Feyr Pleyi ilə bağlı yeni plan hazırlayıb
3820
31 May 2023 | 23:45

UEFA Maliyyə Feyr Pleyi ilə bağlı yeni plan hazırlayıb

Maliyyə Feyr Pleyi (FFP) ilə bağlı UEFA yeni plan hazırlayıb.

Avropanın ali futbol qurumu layihəni bu mövsümdən etibarən tətbiq etməyə hazırlaşır.

UEFA-nın yeni tələblərinə görə, klublar gəlirlərin yalnız 90 faizini məvacib və transferlərə xərcləyə bilərlər. Növbəti ildə bu rəqəm 80 faizə, 2025-ci ildən isə 70 faizə endiriləcək.

UEFA yeni layihəni Avropa İttifqı ilə razılaşdırıb. Növbəti mərhələdə Avropa Klubları Assosiasiyası ilə anlaşma əldə olunması üçün danışıqlar aparılacaq.

Qeyd edək ki, UEFA-nın məqsədi klubların arasında maliyyə uçurumunu aradan qaldırmaq və transfer bazarında tarazlığı qorumaqdır.

Link kopyalandı!
Son xəbərlər