10:12
15°C
Bakı
İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.
Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Matçlar saat 17:30-da start götürəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qürbətov, Emil Həsənzadə, Kamran Qürbətov
Qeyd edək ki, 2-9 iyulda Bakıda dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları baş tutacaq.