Avrokuboklarda final oyunlarının hakimləri açıqlandı
İdman
3690
22 May 2023 | 17:11

Avrokuboklarda final oyunlarının hakimləri açıqlandı

İtaliyanın "İnter" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi bəlli olub.
 
Moderator.az-ın məlumatına görə, qarşılaşma polşalı FIFA referisi Şimon Marçinyaka tapşırılıb.
 
İtaliyanın "Roma" və İspaniya "Sevilya"sı arasındakı UEFA Avropa Liqasının final görüşünü ingiltərəli Entoni Teylor idarə edəcək.
 
Nəhayət, İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.
 
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər