İdman
3836
22 May 2023 | 15:34

"Ferrari" 7 qat dünya çempionuna 40 milyonluq müqavilə təklif edir

"Mercedes"də çıxış edən "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton karyerasını "Ferrari"də davam etdirə bilər.
 
İtaliya təmsilçisi 38 yaşlı pilota 40 milyon funt-sterlinq dəyərində müqavilə təklif etməyə hazırdır.
 
Bildirilib ki, təcrübəli sürücü ilə sözləşmə imzalansa, "Ferrari" Karlos Saynsı deyil, Şarls Lekleri saxlamağa çalışacaq.
 
Digər mümkün variant isə Leklerin "Mercedes"ə, Hemiltonun isə "Skuderiya"ya keçməsidir.
 
Komandanın prezidenti Con Elkann Lüis Hemiltonun transferində maraqlıdır.
 
Qeyd edək ki, Lüis Hemilton 2008, 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub. /Report/
 
Link kopyalandı!
Son xəbərlər