Azərbaycan basketbol tarixində ilk yaşanacaq
İdman
3569
16 May 2023 | 11:20

Azərbaycan basketbol tarixində ilk yaşanacaq

Azərbaycan basketbol tarixində ilk yaşanacaq.

 Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər