3414
15 May 2023 | 14:59

"Araz Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verildi

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
 
Moderator.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
Müzakirələrdən sonra "Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ" İK-ya UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. “Turan Tovuz” və “Səbail”ə isə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilməyib.
 
Bundan başqa, Premyer Liqa yarışlarında iştirak etmək üçün “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”, eləcə də birinci divizion təmsilçiləri "Araz-Naxçıvan" və “Zaqatala”ya lisenziya verilib. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan"a isə lisenziya verilməyib.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Məlumatda qeyd edilib ki. 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.
 
Link kopyalandı!
Son xəbərlər