Argentina çempionatının XV turunda keçirilmiş “River Pleyt” - “Boka Xuniors” matçının sonlarında insident baş verib.
“Super Klassiko”nun 90+3-cü dəqiqəsində Migel Borxa penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərini hesabda önə keçirib.
Bundan sonra meydanda ara qarışıb. İki komandanın ehtiyat oyunçularının və rəsmi şəxslərinin də qarışması ilə kütləvi dava baş verib. İnsident yeddi dəqiqədən artıq davam edib.
Hadisələrin yekununda qarşılaşmanın baş hakimi Dario Errera “River Pleyt”in üç, “Boka Xuniors”un dörd futbolçusuna qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Palaveçino, Ezekel Senturion və Elias Qomes, qonaqlardan Migel Merentiel, Nikolas Valentini, İqnasio Fernandes və Xorxe Almiron cəzalandırılıblar.
Matç 90+20-ci dəqiqədə başa çatdırılıb.