Rüstəm Orucova Avropa Cüdo Birliyində vəzifə verildi
2669
06 May 2023 | 14:42

Rüstəm Orucova Avropa Cüdo Birliyində vəzifə verildi

2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.
 
Bu barədə ACB-nin vitse-prezidenti Hrvoye Lindi məlumat verib.
 
“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”, - deyə H.Lindi bildirib.
 
Rüstəm Orucov Avropanın ən uğurlu cüdoçularındandır. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eynimiqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.
 
Qeyd edək ki, R.Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi Komissiyasının üzvüdür.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər