Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş turnirin qrup mərhələsinə yekun vurulub
3063
04 May 2023 | 20:43

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş turnirin qrup mərhələsinə yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinə yekun vurulub.

Son oyunda Azərbaycan millisi meydana çıxıb.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmada yığma Serbiya ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb. Nəticədə Azərbaycan millisi yer aldığı A qrupunu 8 xalla üçüncü pillədə tamamlayıb.

Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər