MOK rəsmisi Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin ikinci seminarına qatılıb
İdman
3198
01 May 2023 | 09:25

MOK rəsmisi Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin ikinci seminarına qatılıb

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev İndoneziyadakı Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin 2-ci seminarına qatılıb.

Hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin, açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletərin qeydiyyatı, yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətiriblər.

Missiya rəhbərlərinin yarış öncəsi planlaşdırmaları və əməliyyatların bütün aspektləri, eləcə də, Bali-2023 barədə ən son məlumatlarla tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.

Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi etdiyi qlobal çox idmanlı tədbirdir. Doha-2019-da Azərbaycanı 7 idmançı təmsil edib. Azərbaycan komandası çimərlik oyunlarında 5 medal (4 gümüş, 1 bürünc) qazanıb.

Qeyd edək ki, Dünya Çimərlik Oyunları 5-12 avqust tarixlərində keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər