Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib
İdman
2968
30 Apr 2023 | 11:32

Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib

Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib.

Adıçəkilən ölkələrin idmançıları Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Konkret olaraq 20 cüdoçu mundialda fərdi idmançı kimi mübarizə aparacaq.

7-14 may tarixlərində baş tutacaq dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisi 9 çəki dərəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər