“Liverpul” autsayderə çətinliklə qalib gəldi - VİDEO
3339
22 Apr 2023 | 21:15

“Liverpul” autsayderə çətinliklə qalib gəldi - VİDEO

İngiltərə Premyer Liqasında XXXII tur davam edir.

“Liverpul” öz meydanında autsayderlər sırasında qərarlaşan “Nottinqem”lə üz-üzə gəlib.

Beş qolun vurulduğu matç Mersisayd klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Dioqu Jotanın dubl etdiyi matçda “Liverpul”un digər qolunu Məhəmməd Salah vurub. “Nottinqem”in heyətində Neko Uillyams və Morqan Gibs-Uayt fərqləniblər.

“Liverpul” hazırda 50 xalla 7-ci pillədədir. “Nottinqem” isə 27 xalla sondan ikinci - 19-cudur.

Link kopyalandı!
Son xəbərlər