“Azərreyl” Azərbaycan çempionatında qızıl medala bir addım da yaxınlaşıb
3935
14 Apr 2023 | 20:54

“Azərreyl” Azərbaycan çempionatında qızıl medala bir addım da yaxınlaşıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında final mərhələsinin növbəti oyunları keçirilib.

Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər.

Çempionluq üçün yarışan komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyunu da üstün tamamlayıb. Eldar Yusubovun kollektivi 3:0 (25:19, 25:20, 25:22) hesablı qələbə qazanıb.

Bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” qarşılaşıblar. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. Üç set davam edən qarşılaşmada Vüqar Əliyevin yetirmələri rəqibini quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər.

Link kopyalandı!
Son xəbərlər