İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə
3681
01 Apr 2023 | 20:08

İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə

İngiltərə Premyer Liqasında (İPL) XXIX turun oyunları keçirilir.

Lider “Arsenal” “Lids”i qəbul edib. Matç “topçular”ın qələbəsi ilə başa çatıb - 4:1.

“Arsenal”ın heyətində Qabriel Jezuş dubl edib, digər qolları Ben Vayt və Qranit Caka vurublar.

“Lids”in təsəlli topuna Rasmus Kristensen imza atıb. 29 oyunda 72 xal toplayan “Arsenal” vahid liderdir və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal üstələyir. “Lids” isə 26 xalla 17-cidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər