Kontedən futbolçulara görülməmiş cəza
3366
29 Mar 2023 | 18:10

Kontedən futbolçulara görülməmiş cəza

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Kontenin futbolçulara verdiyi sərt cəza üzə çıxıb.

İtalyan mütəxəssis yanvarda komandanı bağlı qapılar arxasında saxlayıb. Bu, London təmsilçisinin “Aston Villa”, “Arsenal” və “Mançester Siti” məğlubiyyətlərinin də daxil olduğu uğursuz dövrdən sonra baş verib. Çalışdırıcı futbolçuları paltardəyişmə otağına toplayıb. Daha sonra o, qapını kilidləyərək, özü oradan gedib, oyunçuları zəif performansın səbəbləri barədə düşünməyə vadar edib.

Komanda üzvləri müzakirələrdən sonra uğursuz nəticələrin müdafiə futbolu ilə əlaqəli olması qənaətinə gəliblər. Onlar baş məşqçidən daha çox hücuma üstünlük verməyi tələb ediblər. Bu hadisədən sonra “Tottenhem” ardıcıl üç oyunda qələbə qazanıb.

Xatırladaq ki, Konte martın 26-da istefaya göndərilib.

Mənbə: “La Gazzetta dello Sport”

Link kopyalandı!
Son xəbərlər