AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb
İdman
3615
27 Mar 2023 | 11:02

AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilmiş oyunlar bir sıra hadisələrlə əlamətdar olub.

J qrupunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsi İslandiya millisinin rəsmi matçlarda qazandığı ən böyükhesablı qalibiyyət kimi tarixə düşüb. Sözügedən kollektiv daha əvvəl 1985-ci ildə yoldaşlıq görüşündə Farer adalarını 9 cavabsız qolla üstələyib.

H qrupunda səfərdə Qazaxıstana uduzan Danimarka ilk dəfə 2 top fərqi ilə öndə olduğu rəsmi matçda məğlubiyyət acısı yaşayıb - 2:3. Yığmanın son 5 qoluna imza atan Rasmus Hoylund Avropa çempionatlarının seçmə mərhələlərində Ole Madsendən (ardıcıl 6 qol, 1963-cü il) sonra buna nail olan ikinci futbolçudur.

C qrupunda Ukraynaya 2:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn beynəlxalq oyunlarda 100-cü qolunu vurub və bu uğura imza atan ilk ingiltərəli oyunçu olub. "Tottenhem"in 30 yaşlı forvardı bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

İngiltərə seçməsinin digər qolunun müəllifi olan Bukayo Saka isə 21 yaş 202 günlüyündə yığmada səkkizinci dəfə fərqlənib. O, bu göstəricidə cəmi 4 futbolçudan - Diksi Din (16), Cimmi Qrivz (16), Ueyn Runi (12) və Maykl Ouendən (10) geri qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər