2313
26 Mar 2023 | 11:56

"Malyorka"nın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

İsveç yığmasının futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Buna 29 yaşlı sol cinah müdafiəçisinin Belçikaya 0:3 hesabı ilə uduzduqları matçda zədələnməsi səbəb olub.

Yığmanın düşərgəsini tərk edən İspaniya "Malyorka"sının üzvünü İngiltərənin "Uotford" klubunun futbolçusu Ken Sema əvəzləyib.

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər