15:23
19°C
Bakı
Bu gün Misli Premyer Liqasında XXV tura start verilib.
İlk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçı Zirədə təşkil olunub. Qəsəbənin eyniadlı klubu “Şamaxı”nı sınağa çəkib.
Hesabı ilk hissədə Rəşad Sadıqovun yetirməri açıblar. Lakin ikinci 45 dəqiqədə "Şamaxı" 2 dəfə fərqlənərək önə keçib. Matçın başa çatmasına 11 dəqiqə qalmış isə status-kvo bərpa olunub. 4 qolun vurulduğu görüşdə komandalar meydandan 1 xalla ayrılıblar.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.