Azərbaycan Basketbol Liqası: “Neftçi” Gəncədə məğlub olub
İdman
3048
25 Feb 2023 | 20:36

Azərbaycan Basketbol Liqası: “Neftçi” Gəncədə məğlub olub

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan matçda “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Gəncəlilər dogma azarkeşlərinin də dəstəyi ilə rəqib üzərində 83:73 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: “Gəncə”dən Kolin Törner (22 xal, 11 assist), “Neftçi”dən isə Qlen Börns (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, tura fevralın 26-da Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər