Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsinə vəsiqə qazanıb - FOTO
3368
18 Feb 2023 | 17:09

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsinə vəsiqə qazanıb - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirində Dövlət Gömrük Komitəsinin komandası play-off mərhələsinə vəsiqə qazanıb.
 
Fevralın 18-də minifutbol turnirinin  qrup mərhələsinə yekun vurulub.  Dövlət Gömrük Komitəsinin komandası sonuncu oyununu SOCAR ilə keçirib.  Gərgin mübarizə  şəraitində keçən qarşılaşma 3:0 SOCAR-ın qalibiyyəti ilə başa çatsa da, Dövlət Gömrük Komitəsinin komandası qrup mərhələsini lider olaraq yekunlaşdırıb.
 
Qeyd edək ki, 52 dövlət qurumunun (13 komanda)  iştirakı ilə 4 qrup üzrə keçirilən minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 6-da başa çatacaq.
 
Link kopyalandı!
Son xəbərlər