02:03
10°C
Bakı
Türkiyə Super Liqasında zəlzələyə görə XXIII turdan təxirə salınmış oyunların tarixi açıqlanıb.
"Giresunspor" - "Kayserispor" və "Fənərbağça" - "Konyaspor" matçları fevralın 25-də, "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə bundan bir gün sonra keçiriləcək.
Bundan başqa, İstanbuldakı terror səbəbindən baş tutmayan XIV turun "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 38 044 nəfər həlak olub.