Böyük Dəbilqə turnirinin üçqat qalibi: “Nadinc olduğum üçün məni cüdoya yazdırdılar” - VİDEO
İdman
3547
14 Feb 2023 | 16:11

Böyük Dəbilqə turnirinin üçqat qalibi: “Nadinc olduğum üçün məni cüdoya yazdırdılar” - VİDEO

“Nadinc olduğum üçün valideynlərim məni cüdoya yazdırdılar”.
 
Bunu Azərbaycan millisinin cüdoçusu Balabəy Ağayev federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
 
Böyük Dəbilqə turnirinin üçqat qalibi olan 24 yaşlı idmançı cüdoya necə gəldiyini açıqlayıb:
 
“Kiçik olanda evdə qardaşımla həmişə güləşirdim. Balaca olduğu üçün onu əzirdim. Buna görə də evdə deyirdilər ki, nadinclik edir, bunu idmana yazdıraq. Enerjimi idmanla tükətməyimi istəyirdilər. Nəticədə 9 yaşımda cüdoya başlamışam”.
 
Müsahibənin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz:

Link kopyalandı!
Son xəbərlər