Təmkin Xəlilzadə:
İdman
3568
14 Feb 2023 | 12:23

Təmkin Xəlilzadə: "Özüm də "Zirə"də qalmaq istəmirdim"

"Özüm də "Zirə"də qalmaq istəmirdim".
 
Bunu Azərbaycan millisində oynamış Təmkin Xəlilzadə Futzal Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
 
Böyük futbolu müvəqqəti də olsa futzala dəyişən və İkinci Liqada “Rəvan”ın formasını geyinən 30 yaşlı müdafiəçi qarşılıqlı razılıq əsasında "Zirə" ilə vidalaşdığını bildirib: "Heç bir problem olmadı. Baş məşqçi Rəşad Sadıqovla görüşdük, söhbət etdik, vəziyyəti dəyərləndirdik və ayrılmaqla bağlı razılığa gəldik. Martda millinin toplanışında və rəsmi oyunlarında iştirak etməyəcəyimə görə, təəssüflənirəm".
 
Xəlilzadə bəzi sabiq komanda yoldaşları ilə tez-tez danışdığını söyləyib: "Digər klublarda çıxış edən dostlarımızla da görüşürük. Hər şey qaydasındadır, həyat öz axarı ilə gedir. Yeganə problem futbol oynamamağımla bağlıdır".
 
O, Azərbaycan Premyer Liqasındakı 1-2 klubun onunla maraqlandığını vurğulayıb: "Amma şərtlərdə oraq məxrəcə gələ bilmədik. Həm də təkliflər tam ciddi deyildi deyə, arxasınca düşmədim. Maraqlandılar, görüşdük, sonra qarşı tərəfdən xəbər gözlədim, amma cavab gəlmədi. Menecerlər ölkə xaricində oynamaqla bağlı varinatları da nəzərdən keçirdilər, təəssüf ki, alınmadı. Birində limitlə bağlı problem yarandı, digərində maliyyə çatışmazlığı oldu. Gözləməkdən başqa varinatımız yoxdur. Yayda vəziyyəti yenidən dəyərləndirəcəyəm.
 
Müdafiəçi futzal yığmasında oynamaq ehtimalından danışıb: "Milli komandaya canımız qurbandır. Əgər bilsəm ki, daha böyük futbol oynamayacam, onda niyə də olmasın?! Millinin formasını geyinmək hər kəs üçün fəxrdir, şərəfdir. Ancaq hələ ki, planlarım futbolla bağlıdır".
 
Futbolçu yaşıl meydanı parketə dəyişməyindən də söz açıb: "Əslində, futzala keçməmişəm. Qışda klubumla yollarımızı ayırdıq, ondan sonra başqa komanda ilə anlaşmadım. Klubsuz qaldığıma görə və formamı qorumaq üçün əsasən dostlarımın çıxış etdiyi “Rəvan” komandasına qoşuldum. Əksəriyyəti ilə bir yerdə böyümüşük, uşaqlıq illərimiz bir yerdə keçib. Xahiş etmişdim ki, artıq çəki yığmamaq üçün sizə qoşulum, formamı müəyyən qədər qoruyum. Onlar da xahişimə müsabət cavab verdilər. Artıq iki oyunda komandama kömək etmişəm. Oyunlar, nəticə özüm üçün də maraqlıdır. Ancaq Təmkin Xəlilzadə “futbolla vidalaşdım, artıq futzalçı kimi çıxış edəcəm” deyə, qərar verməyib. Futzalı sonuncu dəfə 5-6 il əvvəl oynamışdım. Futzal oynamaq fikrim olsaydı, Yüksək Liqa klublarına müraciət edərdim. Zatən “Neftçi” İK-da da çoxlu dostlarım var, onlar da dedilər ki, gələrdin bizim komandaya. Burada müvəqqətiyəm. Futzalı futbolçu karyeramı bitirdikdən sonra seçəcəm. Onda daha güclü, iddialı komandada oynayacam".
 
Link kopyalandı!
Son xəbərlər