"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ
774
19 Feb 2026 | 19:36

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Bizim.Media xəbər verir ki, bu ada "Nyukasl"ın üzvü Entoni Qordon layiq görülüb.
 

İngiltərəli vinger UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda rəqibləri olan Dezire Due (PSJ), Patrik Şik ("Bayer") və Kasper Hoqunu ("Bodo /Qlimt") qabaqlamağı bacarıb.


Xatırladaq ki, Qordon "Nyukasl"ın Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldiyi matçda 4 qol müəllifi olaraq komandasının qələbəsində əsas pay sahibi olub.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər