Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO
1927
12 Feb 2026 | 10:48

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi zədələnib.

Bizim.Media klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu Ekvadorun “Barselona” kollektivi ilə yoldaşlıq matçında (2:2) bud əzələsindən xəsarət alıb. 39 yaşlı forvarda əzələ dartılması diaqnozu qoyulub.

Ulduz futbolçunun məşqlərə başlayacağı tarix hələlik bəlli deyil. Hər şey bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyun ayından “İnter Mayami”də çıxış edir.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər