Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI
1744
09 Feb 2026 | 20:04

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Fransa Liqa 1 təmsilçisi "Renn" baş məşqçisi Habib Beye ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi uğursuz nəticələrdən sonra bu qərarı verib.
 

Komandanın son turda "Lans"a 1:3 hesabı ilə uduzması və bunun ardıcıl 4-cü məğlubiyyət olması fonunda rəhbərlik seneqallı mütəxəssislə sağollaşmalı olub. Eyni zamanda köməkçilər -Olivye Saraqalya, Sebastyan Bişar və Yan Kavezza ilə də əməkdaşlığa xitam verilib.


Klubun rəsmi bəyanatında bildirilir ki, yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Sebastyan Tambure, Pyer-Aleksandr Lelyevr və Maksim Le Marşan çalışdıracaqlar.

Xatırladaq ki, Habib Beye 2025-ci ilin yanvarında Xorxe Sampaolinin yerinə təyin olunmuşdu. Onun "Renn"dəki fəaliyyəti cəmi 1 il çəkdi.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər