Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı
585
09 Feb 2026 | 10:50

Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

Misli Premyer Liqasında 19-cu turun oyunları davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.  
 

Əvvəlcə “İmişli” Qubada “Kəpəz”i qəbul edəcək. Hazırda İmişli təmsilçisi 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb.


Bu komandaların ilk dövrədəki görüşü “Kəpəz”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Günün digər matçında isə “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkəcək. Hazırda Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki mübarizəsindən “Turan Tovuz” qalib ayrılıb - 2:1.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər