19:05
13°C
Bakı
Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.
Açılış oyununda "AAAF Xırdalan" və "Sabah" komandaları üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə ikincilər parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Devin Pullum (22 xal, 4 asist), "Sabah"dan isə Entoni Patti (20 xal, 13 ribaund) olublar.
Qeyd edək ki, turun "Sərhədçi PİK" - "Neftçi İK", "Zirvə Astara" - "Gəncə" və "Olimpik Şəki" - NTD qarşılaşmaları müvafiq olaraq 2, 4 və 5 fevralda oynanılacaq. (report)