İspaniya kubokunda 1/8 finalın püşkü atıldı
1760
07 Jan 2026 | 18:15

İspaniya kubokunda 1/8 finalın püşkü atıldı

İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, 13–15 yanvar tarixləri aralığında keçiriləcək mərhələdə aşağıdakı cütlüklər üz-üzə gələcək:

İspaniya kuboku, 1/8 final cütləri:

“Deportivo” — “Atletiko” 

“Rasinq” — “Barselona”

“Kultural Leonesa” — “Atletik” 

“Albasete” — “Real”

“Burqos” — “Valensiya”

“Betis” — “Elçe”

“Real Sosyedad” — “Osasuna”

“Alaves” — “Rayo Valyekano”

Qeyd edək ki, İspaniya kubokunun hazırkı qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Barselona” turnirin ən titullu klubu olaraq 32 dəfə kuboku qazanıb. “Atletik” Bilbao 24, “Real” Madrid isə 20 dəfə İspaniya kubokunun qalibi olub.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər