“Sumqayıt”dan ayrılıb, “Karvan-Yevlax”a keçdi
496
03 Jan 2026 | 21:35

“Sumqayıt”dan ayrılıb, “Karvan-Yevlax”a keçdi

"Sumqayıt" icarə əsasında heyətinə qatdığı Rauf Rüstəmli ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Sabah"a qayıdıb.

Lakin futbolçu mövsümün ikinci yarısında Masazır təmsilçisində çıxış etməyəcək. "Sabah" Azərbaycan milli komandasının üzvünü "Karvan-Yevlax"a icarəyə verib. O, yaya qədər bölgə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rauf Rüstəmli mövsümün ilk yarısında "Sumqayıt"ın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər