“Qarabağ” italiyalı hücumçu uğrunda mübarizədə favoritdir
3576
19 Jan 2023 | 15:20

“Qarabağ” italiyalı hücumçu uğrunda mübarizədə favoritdir

“Qarabağ” İtaliyanın “Audako Çerinyola” komandasının futbolçusu Cankarlo Malkore uğrunda mübarizədə favoritdir.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, 29 yaşlı hücumçu ölkəsində SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol), APOEL və Rumıniyanın ÇFR klublarının maraq dairəsində olmasına baxmayaraq, Azərbaycan çempionu transfer danışığında bir addım öndədir.
 
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirməsi də italiyalı forvardın qərarına təsir göstərə bilər.
 
Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore 2020-ci ildən formasını geyindiyi C seriyası təmsilçisi “Audako Çerinyola”da 50 oyun keçirib, 40 qol vurub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər