Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişdi
350
19 Dec 2025 | 14:10

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişdi

Avropa klub yarışlarının son oyunları ölkənin UEFA reytinqindəki mövqeyinə təsir göstərib.

Bizim.Media xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb.

Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır(22.375), Bolqarıstan isə 29-cu pillədədir (19.875). Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb.

Hazırda ölkədən yalnız bir klub - "Qarabağ” Avropa yarışlarında mübarizəsini davam etdirir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər