“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR
226
18 Dec 2025 | 23:37

“Mançester Yunayted” türkiyəli ulduz üçün 100 milyon TƏKLİF EDİR

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Mançester Yunayted" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

"Qırmızı şeytanlar"ın 20 yaşlı ön xətt oyunçusunu 90-100 milyon avroya heyətinə qatmaq şansı yüksək qiymətləndirilir.
 

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Türkiyə millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər