Növbəti ABŞ-Ukrayna danışıqlarının vaxtı açıqlandı
303
04 Dec 2025 | 10:36

Növbəti ABŞ-Ukrayna danışıqlarının vaxtı açıqlandı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner dekabrın 4-də Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerovla görüşəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Associated Press" nəşri yayıb.

Məlumata görə, görüş Mayamidə (ABŞ, Florida ştatı) baş tutacaq.

Qeyd edək ki, ötən həftənin sonunda Floridada ABŞ və Ukrayna təmsilçilərinin görüşü keçirilib.

Rəsmi Kiyevin nümayəndə heyətinə R.Umerov rəhbərlik edib. Dekabrın 2-də isə Kremldə ABŞ təmsilçiləri S.Uitkoff və C.Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər