“Kəpəz” bu il Gəncədə oynaya bilməyəcək – Klubdan AÇIQLAMA
435
01 Dec 2025 | 14:19

“Kəpəz” bu il Gəncədə oynaya bilməyəcək – Klubdan AÇIQLAMA

Gəncə şəhər stadionu artıq bir müddətdir istifadəyə verilsə də, “Kəpəz” arenanın xidmətindən yararlana bilmir. Səbəb stadionun ot örtüyünün hələ də hazır olmamasıdır. Belə ki, Gəncədə keçirilən 3-cü MDB Oyunlarına görə qazonun salınması bir qədər də yubanıb.

Bəs görəsən “Kəpəz” doğma məkanına nə vaxt köçəcək? 

Məsələ ilə bağlı klubun Media və Marketinq Departamentinin rəhbəri Gəray Qiyasova müraciət etdik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, komanda bu il stadionun xidmətindən istifadə edə bilməyəcək:
 

“Əvvəla stadion bizim balansımızda deyil. Orada bir sıra xırda məsələlərin həll olunması lazımdır. Ən əsası da qazon məsələsi. MDB Oyunları vaxtı ot örtüyü əvəzinə bərk materiallar döşənmişdi. İndi onların əvəzinə təbii qazon salınmalıdır.


Bu da qısa bir proses deyil. Artıq işlərə start verilib. Yenə deyirəm stadion bizim balansımızda olmadığından dəqiq tarix deyə bilmirəm. Amma ümid var ki, gələn ilin martına və yaxud da ən yaxşı halda apreldə ev oyunlarımızı Gəncədə keçirə biləcəyik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər