Karyerasında 400-cü qolunu vurdu
453
23 Nov 2025 | 07:30

Karyerasında 400-cü qolunu vurdu

Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq peşəkar karyerasında əlamətdar göstəriciyə imza atıb.

Bizim.Media xəbər verir ki, Liqa 1-in 23-cü turu çərçivəsində “Nitsa” ilə qarşılaşmanın 11-ci dəqiqəsində fərqlənən 36 yaşlı forvard bununla qollarının sayını 400-ə çatdırıb.

Təcrübəli futbolçu bu qollardan 361-ni klub səviyyəsində, 39-nu isə Qabon milli komandasının heyətində rəqib qapılarından keçirib.

Qeyd edək ki, karyerası ərzində “Milan”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edən Obameyanq hazırda yenidən “Marsel”in şərəfini qoruyur.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər