2 güləşçimiz İslamiadanın finalına YÜKSƏLDİ
387
19 Nov 2025 | 14:27

2 güləşçimiz İslamiadanın finalına YÜKSƏLDİ

Azərbaycanın iki yunan-Roma güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, qadın güləşçi Jalə Əliyeva (57 kiloqram) yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovaya "tuş"la, Murad Əhmədiyev (97 kiloqram) isə türkiyəli Beytullah Kayışdağa 5:1 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.
 

Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.


Qeyd edək ki, hələlik yunan-Roma güləşi üzrə Azərbaycan millisinin aktivində bir gümüş mükafat var. Yeganə medalı Həsrət Cəfərov (67 kiloqram) qazanıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər