“Sabah” rekordçusu ilə müqaviləni yenilədi
İdman
3275
27 Dec 2022 | 12:37

“Sabah” rekordçusu ilə müqaviləni yenilədi

“Sabah” klubu müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.
 
Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.
 
Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.
 
Link kopyalandı!
Son xəbərlər