İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB
290
13 Nov 2025 | 17:43

İtaliya qəzeti Lavrovla müsahibəni dərc etməkdən imtina etdi - SƏBƏB

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibəni nə qəzetdə, nə də saytında, hətta qısaldılmış formada belə dərc etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə qəzetin açıqlamasında bildirilir.

Mənbə qeyd edir ki, “Rusiya XİN rəhbərinin fikirlərində faktların yoxlanılmasını və əlavə izah tələb edən mübahisəli iddialar” yer alıb.

Həmin müsahibədə Lavrov, özünəməxsus “fəlsəfi cəfəngiyyat”ı ilə yanaşı, Avropada “baş qaldıran nasizm” barədə, eləcə də “Avropa paytaxtlarının əhalinin sosial-iqtisadi problemlərdən diqqətini yayındırmaq məqsədilə Kiyevə maliyyə ayırdıqları” barədə sərsəm fikirlər səsləndirib.

Eyni zamanda o, Rusiyanı “minillik tarixə malik sivilizasiya dövləti” adlandırıb.

Moskva tərəfi isə “Corriere della Sera”nın bu qərarına sərt reaksiya verərək, hadisəni “biabırçı senzura” adlandırıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər