“Atletiko” bu futbolçu üçün təklif göndərdi
399
09 Nov 2025 | 12:38

“Atletiko” bu futbolçu üçün təklif göndərdi

"Korintians"ın yarımmüdafiəçisi Breno Bidon karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Atletiko" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Madrid nəhəngi Bidon üçün onun klubuna 18 milyon avroluq rəsmi təklif göndərib. Gənc oyunçu ilə "Sportinq", "Napoli" və "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, Breno Bidon "Korintians"ın yetirməsidir. Braziliya U-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 47 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər