Üç ölkədə keçiriləcək futbol üzrə növbəti dünya çempionatı üçün YENİ QAYDALAR - FOTO
3790
19 Dec 2022 | 13:52

Üç ölkədə keçiriləcək futbol üzrə növbəti dünya çempionatı üçün YENİ QAYDALAR - FOTO

Futbol üzrə növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.
 
Tarixdə ilk dəfə olaraq üç ölkə turnirə ev sahibliyi edəcək.
 
İndiyə kimi yalnız bir dəfə iki dövlət turnirə birgə ev sahibliyi edib: 2002-ci ildə (Yaponiya və Cənubi Koreya).
 
Matçlar 16 şəhərdə keçiriləcək: 11-i ABŞ-də, üçü Meksikada və ikisi Kanadada.
 
İştirakçıların sayı 32-dən 48-ə yüksələcək, final qrup turnir formatı 2023-cü ildə müəyyənləşəcək.
 
Təsnifat turniri 2023-cü ildə başlayır.
 
Qeyd edək ki, 1970 və 1986-cı illərdə mundialların keçirildiyi Meksika üç dəfə dünya çempionatına ev sahibliyi edən ilk ölkə olacaq. /oxu.az/

 

Mənbə: tvspb.ru

Link kopyalandı!
Son xəbərlər