Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
372
01 Nov 2025 | 20:45

Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu

“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Klub son olaraq Türkiyənin “Sakaryaspor” komandasında çıxış etmiş Konqo millisinin mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, kluba azad agent kimi keçib.

Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər