Elçin Məsiyev Avropa Liqası matçını İDARƏ EDƏCƏK
229
21 Oct 2025 | 13:45

Elçin Məsiyev Avropa Liqası matçını İDARƏ EDƏCƏK

FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Bizim.Media xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər