Bizi sosial şəbəkələrdən izləyin:
“Zenit” və “Spartak”ın futbolçuları Rusiya Kubokunun qrup mərhələsinin son tur matçında kütləvi dava salıblar.
Sankt-Peterburqda keçirilən görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” qalib gəlib - 4:2.
İkinci hissənin sonunda Vilmar Barrios “Spartak”dan Şamar Nikolsona qarşı kobudluq edib və sarı vərəqə alıb. Bu, artıq hər iki komandanın futbolçularının bu görüşdə qazandıqları 10-cu xəbərdarlıq olub.
Final fiti səslənəndən sonra Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Hər iki komandanın oyunçuları, o cümlədən əvəzedicilər, həmçinin məşqçilər və təhlükəsizlik işçiləri münaqişəyə qoşulublar.
Futbolçuları çətinliklə ayırıb meydandan uzaqlaşdırmaq mümkün olub. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.(oxu.az)