2984
27 Nov 2022 | 11:32

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub.
 
"Report" ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "Milan"ından Rafael Leau və ya Niderland PSV-sindən Kodi Qakponun heyətə cəlb edilməsini istəyir.
 
Mütəxəssis qışda bu oyunçulardan birinin transfer olunmasını tələb edib.
 
Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 22-də Ronaldunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Link kopyalandı!
Son xəbərlər