DÇ-2022: Niderland Seneqala iki qolla qalib gəldi - YENİLƏNİB + VİDEO
4093
21 Nov 2022 | 22:00

DÇ-2022: Niderland Seneqala iki qolla qalib gəldi - YENİLƏNİB + VİDEO

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyunu başa çatıb.  
 
Qarşılaşma Niderlandın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Qolları 85-ci dəqiqədə Kodi Qakpo, 90+9-cu dəqiqədə isə Devi Klaasen vurub. 

21:45
 
Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda hesab açılıb. 
 
Qarşılaşmanın 85-ci dəqiqəsində Qakpo fərqlənib. 

21:06
 
Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda ikinci hissə başlayıb. 
 
Oyunda hesab açılmayıb. 
 
20:51
 
Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda ilk hissə başa çatıb. 
 
Oyunda hesab açılmayıb. 
 
20:01
 
Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyunu başlayıb. 
 
Görüşdə hesab açılmayıb. 
 
19:46
 
Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Seneqal və Niderland milli komandalarının start heyətləri açıqlanıb.
 
Moderator.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:
 
Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta
 
Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.
 
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər